İdeya. Ssenari.
Təsirli video.

Hazır ideyanız olmasa da, biznesiniz üçün konsepsiya, diqqəti saxlayan ssenari və keyfiyyətli video hazırlayıram.

Video nümunəsi

Axın — reklam konsepti

Müstəqil konsept işi

Bu video Axın platforması üçün işlərin və mesajların vahid axında toplandığı müstəqil reklam konseptidir.

Nə təklif
edirəm?

Konsepsiya, ssenari və vizual hekayə.
Bütün mərhələlər bir yerdə.

İdeya və ssenari

Auditoriyanıza uyğun konsepsiya, güclü giriş və izləyicinin diqqətini saxlamağa yönəlmiş ssenari.

SaaS və UI animasiyası

Sayt və tətbiqlərin vizual təqdimatı.

Reklam videoları

Məhsul və xidmətlər üçün qısa tanıtım videoları.

Reels, Shorts və TikTok montajı

Sosial şəbəkələr üçün dinamik videolar.

İzah edici animasiyalar

Mürəkkəb ideyaların sadə vizual izahı.

Qiymət layihənin mürəkkəbliyinə görə müəyyən edilir.

Məqsəddən hazır videoya.

Birlikdə, addım-addım.

  1. 01

    Məqsədini danış

    Biznesini, auditoriyanı və videodan gözləntini paylaş. Hazır ideyanın olması vacib deyil.

  2. 02

    İdeyadan videoya keçək

    Konsepsiya təklif edirəm, ssenarini yazıram və razılaşdırdığımız hekayəni montaj və animasiya ilə videoya çevirirəm.

  3. 03

    Hazır nəticəni əldə et

    Son düzəlişlərdən sonra videonu uyğun formatda təhvil al.

Layihən var?
Danışaq.

Biznesindən və məqsədindən danış. İdeya, ssenari və uyğun video formatını mən təklif edim.